"Azərbaycanlı qardaşlarımıza salam və sevgilərimi göndərirəm"
"Salam olsun, Can Azərbaycana! Təbrikləriniz üçün çox təşəkkür edirəm".
Mediasport.az xəbər verir ki, bunu "Sportinfo"ya açıqlamasında "Fənərbağça"nın prezidenti Ali Koç deyib.
Növbəti 3 ildə istanbul nəhənginə rəhbərlik edəcək iş adamı azərbaycanlı tərəfdarları yadda çıxarmayıb:
"Sizin vasitənizlə mesajımı çatdırmaq istərdim. Camiəmizə xeyirli-uğurlu olsun. Çempionluqla yadda qalan yeni mövsüm olsun.
Azərbaycanlı qardaşlarımıza, "Fənərbağça"lı dostlarımıza, böyüklərimizə salam və sevgilərimi göndərirəm".
Xatırladaq ki, Ali Koç "sarı-lacivərdlilər"ə 2018-ci ildən rəhbərlik edir.