Dadaş Dadaşbəyli Qətər Qran-prisinin çempionu adını qazanıb
Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri yarışı davam edir.
Mediasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet mübarizə aparır.
Yarışda ölkəmizi təmsil edən Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində mübarizəyə qoşulub. İdmançımız birdən qaldırma hərəkətində 176 kq-ı ram edib və bu hərəkətin qalibi olub.
Dadaş təkanla qaldırma hərəkətində 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 388 (176+212) kq nəticə göstərən Dadaşbəyli yekun sıralamada da hamını qabaqlayıb və yarışın çempion kimi başa vurub.