Qadın Seriyasının Qəbələ mərhələsinin təqvimi məlumdur

Qadın Seriyasının Qəbələ mərhələsinin təqvimi məlumdur

3x3 basketbol üzrə Qadın Seriyasının Qəbələ mərhələsinin təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, iyunun 2-3-də keçiriləcək turnirdə iştirak edəcək 8 komanda 2 qrupa bölünüb.

Azərbaycan, Portuqaliya, “Baku Flames” və “Varsav Lotto” A qrupunda yer alıb. B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” mübarizə aparacaq.

Mərhələnin açılış oyununda Azərbaycan millisi və yeni yaranmış “Baku Flames” üz-üzə gələcək.

Oyun saat 16:30 -da başlayacaq. Görüş “İdman TV” vasitəsilə canlı yayımlanacaq.