"Qarabağ" növbəti qələbə ilə Azərbaycanın xal ehtiyatını artırıb

 "Qarabağ" növbəti qələbə ilə Azərbaycanın xal ehtiyatını artırıb

Avrokuboklarda növbəti qələbəsini qazanan "Qarabağ" "Hekken" üzərində səfər qalibiyyəti ilə Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin İsveç qələbəsi ölkəmizin reytinqinə daha 0,500 xal yazdırıb.

Azərbaycan 17,875 xalla 29-cu sıradakı mövqeyini möhkəmləndirib və 30-cu pillədəki Moldovanı xeyli qabaqlayır. 27-28-ci pillələrdə Bolqarıstan və Slovakiya qərarlaşıb - 18,375 xal.

Reytinqə 78,489 xalla İngiltərə başçılıq edir.