Gürcüstanla qarşılaşacaq milli komandamızın heyəti açıqlanıb

 Gürcüstanla qarşılaşacaq milli komandamızın heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan milli komandası Gürcüstan yığması ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, çalışdırıcı Vitali Borisov ikisi qapıçı olmaqla, 14 futzalçı ilə heyətə cəlb edib.

Millinin heyəti: Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Murad Quluzadə (hamısı "Baku Fire"), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı "Araz-Naxçıvan"), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı "Neftçi" İK), İlham Alıyev (U-19), Rövşən Hüseynli ("Atırau", Qazaxıstan).

Yığma aprelin 13-də səfərə yollanacaq. Gürcüstanla oyunlar aprelin 14-də və 16-da baş tutacaq.