Kişi yığmamız 2-ci dəfə uduzdu, qadın millimizdən növbəti qələbə

Kişi yığmamız 2-ci dəfə uduzdu, qadın millimizdən növbəti qələbə

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri 6-cı tur görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığma Litvaya məğlub olub.

Komandamız daha əvvəl İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub.

Qadınlardan ibarət komandamız isə Vyetnamdan üstün olub.

Yığma əvvəlki turlarda Nikaraqua, Avstraliya və Sloveniyanı məğlub edib, Argentina və Ukrayna ilə "sülh" bağlayıb.


45-ci Ümumdünya Şahmat Olimpiadası. 6-cı tur


Kişilərin mübarizəsi

Azərbaycan - Litva 1,5:2,5

Aydın Süleymanlı - Titas Stremaviçius 0,5:0,5

Nicat Abasov - Paulus Pultineviçius 0:1

Şəhriyar Məmmədyarov - Valeri Kazakovski 1:0

Məhəmməd Muradlı - Tomas Laurusas 0:1

Qadınların mübarizəsi

Vyetnam - Azərbaycan 1,5:2,5

Le Tao Nquyen Pam - Günay Məmmədzadə 1:0

Ti Kim Pung Vo - Ülviyyə Fətəliyeva 0:1

Puonq Luonq - Gövhər Beydullayeva 0:1

Nqoc Duonq Bac - Xanım Balacayeva 0,5:0,5