Veşoviç Belçikaya qarşı 70 dəqiqə oynadı, Yankoviç kənardan baxdı

Veşoviç Belçikaya qarşı 70 dəqiqə oynadı, Yankoviç kənardan baxdı

"Qarabağ"ın futbolçuları - Marko Yankoviç və Marko Veşoviçin şərəfini qoruduğu Monteneqro milli komandası beynəlxalq yoldaşlıq görüşü keçirib.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı kollektiv Brüsseldə Belçika seçməsinin qonağı olub.

"AVRO-2024"ə hazırlaşan "qırmızı iblislər" hər hissədə 1 qol vurmaqla qələbə qazanıblar - 2:0.

Ağdam klubunun üzvlərindən Veşoviç 70 dəqiqə meydanda olub, Yankoviç matçı kənardan izləyib.

Monteneqro futbolçuları iyunun 9-da Podqoritsada Avropa çempionatına yollanacaq daha bir yığma - Gürcüstan komandası ilə qarşılaşacaq.