"Zirə"nin Azərbaycana gətirdiyi futbolçu Honq-Konq klubunda
"Zirə" və “Səbail”in keçmiş müdafiəçisi Ali Sesayın yeni klubu müəyyənləşib.
mediasport.az xəbər verir ki, syerra-lioneli futbolçu İndoneziyanı Honq-Konqa dəyişib. 29 yaşlı afrikalı “Li Man” klubu ilə müqavilə bağlayıb.
Azərbaycana 2020-ci il yanvarında "Zirə" ilə ayaq açan və ümidləri doğrultmayan Sesay qısa müddət sonra "Səbail"ə transfer edilmişdi. Ölkəmizdə ümumilikdə 22 oyun keçirib. Son klubu "PSİS Semaranq" (İndoneziya) olub.