AFFA prezidenti olmağa əsas namizəd müəyyənləşib - ÖZƏL

AFFA prezidenti olmağa əsas namizəd müəyyənləşib - ÖZƏL

2024-cü ilin ilk 3 ayında AFFA-da prezident seçkilərinin keçiriləcəyindən məlumatınız var (https://mediasport.az/rovneq-abdullayev-affa-prezidentliyine-namized-olmayacaq).

Mediasport.az səhər saatlarında qurumun hazırkı rəhbəri Rövnəq Abdullayevin 5-ci dəfə namizədliyini irəli sürməyəcəyi barədə xəbər paylaşmışdı.

Federasiyada prezidentliyə namizədliyini irəli sürəcək şəxslərdən birinin kimliyi də redaksiyamıza məlumdur.

Mənbənin məlumatına görə, hələ ötən seçkidən iddialı olan Azərbaycan Minifutbol Federasiyasının prezidenti və "Zirə" Futbol Klubunun İdarə Heyətinin sədri Orxan Məmmədovun namizədliyi bu dəfə rəsmən irəli sürüləcək.

Bildirilir ki, bu posta əsas namizəd məhz O.Məmmədov olacaq.

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. O, federasiyada 4-cü dönəm rəhbərliyini başa vurmaq üzrədir.