Çempionlar Liqasında "Qarabağ"ın potensial rəqibi məlum olacaq

Çempionlar Liqasında "Qarabağ"ın potensial rəqibi məlum olacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

MediaSport.az xəbər verir ki, tədbir ali futbol təşkilatının İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə iki cüt müəyyənləşəcək.

Çempionlar Yolunda 5 komanda - “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaqsa, I mərhələnin də 15 cütü püşkatmada iştirak edəcək.

Adıçəkilən 5 klubdan yalnız “Aris” Azərbaycan təmsilçisi “Qarabağ”a potensial rəqib ola bilər. Çünki kiprlilər püşkdə səpələnməmişlərdə, I raundun “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” cütü isə səpələnmişlərdə qərarlaşacaq. “Qarabağ”ın digər 8 potensial rəqibi I təsnifat mərhələsinin cütləridir.

Liqa Yolunda isə püşk zamanı “Genk” (Belçika) və “Dnepr-1” (Ukrayna) səpələnmiş, “Servette” (İsveçrə) və “Panatinaikos” (Yunanıstan) səpələnməmiş səbətində olacaq.

II raundun ilk oyunları 25-26 iyulda, cavab görüşləri 1-2 avqustda oynanılacaq.


Çempionlar Liqası. II təsnifat mərhələsi

Çempionlar Yolu.


Səpələnmişlər:

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Kopenhagen” (Danimarka)

“Qalatasaray” (Türkiyə)

“Klaksvik” (Farer adaları) - “Ferensvaroş” (Macarıstan) cütü

“Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) cütü

“Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) cütü

“Mölde” (Norveç)

“Balkani” (Kosovo) - “Ludoqores” (Bolqarıstan) cütü

“Farul” (Rumıniya) - “Şerif” (Moldova) cütü

“Partizani” (Albaniya) - BATE (Belarus) cütü


Səpələnməmişlər:

“Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütü

“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) cütü

“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütü

HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) cütü

“Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütü

“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibinin cütü

“Haken” (İsveç) - TNS (Uels) cütü

“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütü

“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) cütü

“Aris” (Kipr)

Liqa Yolu

Səpələnmişlər:

“Genk” (Belçika)

“Dnepr-1” (Ukrayna)

Səpələnməmişlər:

“Servett” (İsveçrə)

“Panatinaikos” (Yunanıstan)