Türkiyə və Niderland 1/4 finalda!

Türkiyə və Niderland 1/4 finalda!

Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatında 1/8 final mərhələsinə bu axşam yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, Niderland və Türkiyə milliləri sonuncu 1/4 finalçılar olublar.

Günün ilk matçında üz-üzə gələn Rumıniya və Niderland bu oyuna qədər 10 dəfə qarşılaşmışdılar.

Rumınlar cəmi 1, "narıncılar" 8 dəfə qələbə qazanmışdılar, bir görüşdə qolsuz heç-heçə qeydə alınmışdı.

Avstriya və Türkiyə milli komandaları isə bugünkü matça qədər 14 dəfə bir-birlərinə rəqib olublar. "Ay-ulduzlular" 7, Mərkəzi Avropa təmsilçisi 6 dəfə qələbə qazanıb. Qarşılaşmalardan biri "sülh"lə yekunlaşıb.

Xatırladaq ki, Avropa çempionatının 1/4 final mərhələsinin 3 cütü daha əvvəl məlum olub: İspaniya - Almaniya, İngiltərə - İsveçrə və Portuqaliya - Fransa.

Avropa çempionatı. 1/8 final

Rumıniya - Niderland 0:3

Qollar: Kodi Qakpo, 20, Doniel Malen 83, 90+3.

Baş hakim: Feliks Zvayer (Almaniya)

Münhen. "Alyans Arena"

Avstriya - Türkiyə 1:2

Qollar: Maykl Qreqoriş, 66 - Merih Demiral, 1, 59

Baş hakim: Artur Soares Dias (Portuqaliya)

Leypsiq. "Leypsiq" stadionu