Azarkeşlər polisi yaralayıblar, federasiya matçı təxirə salıb

Azarkeşlər polisi yaralayıblar, federasiya matçı təxirə salıb

Voleybol üzrə Yunanıstan çempionatının "Olimpiakos" – "Panatinaikos" görüşündə xoşagəlməz hadisə yaşanıb.

Mediasport.az xəbər verir ki, matç zamanı təxminən 150 azarkeş polisə hücum edib.

Onlar təhlükəsizlik əməkdaşlarına "molotov kokteyli" və məşəllər atıblar. Nəticədə asayiş keşikçilərindən bir nəfər ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Yunanıstan Voleybol Federasiyası qarşılaşmanı qeyri-müəyyən müddətə təxirə salıb.