Ölkə çempionu aprelin 24-də bilinəcək: "Sabah", yoxsa "Xəzri"?

Ölkə çempionu aprelin 24-də bilinəcək: "Sabah", yoxsa "Xəzri"?

Azərbaycan Basketbol Liqasında 18-ci turun proqramı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, müntəzəm mövsümün son oyunları aprelin 24-28-i aralığında keçiriləcək.

Aprelin 24-də, saat 19:00-da mərkəzi qarşılaşmada "Sabah" və "Xəzri" komandaları üz-üzə gələcəklər. Qalib komanda mövsümü birinci pillədə başa vuracaq.

Müntəzəm mövsüm aprelin 28-də "NTD-İndiqo" - "Şəki" matçı ilə başa çatacaq.

Qeyd edək ki, "Sabah" hazırda 31 xalla liderdir. İkinci sıradakı "NTD-İndiqo" və üçüncü yerdəki "Xəzri"nin 30 xalı var.

"Xırdalan" 28 xalla dördüncü, eyni xala malik "Neftçi" beşincidir. Növbəti pillələrdə "Sərhədçi" (24 xal), "Sumqayıt" (23), "Cəlilabad" (22), "Gəncə" (21) və "Şəki" (18) qərarlaşıblar.


Azərbaycan Basketbol Liqası. 18-ci tur


24 aprel

19:00. "Sabah" - "Xəzri"

“Sərhədçi” İdman Mərkəzi


25 aprel

19:30. "Xırdalan" - "Cəlilabad"

“Sərhədçi” İdman Mərkəzi


26 aprel

19:30. "Sərhədçi" - "Neftçi"

“Sərhədçi” İdman Mərkəzi


27 aprel

14:00. "Gəncə" - "Sumqayıt"

Gəncə Olimpiya Kompleksi


28 aprel

14:00. "NTD-İndiqo" - "Şəki"

Xaçmaz Olimpiya Kompleksi