"Neftçi" 1/4 finala Bakıda, "Qarabağ" Xankəndidə yüksəlib - YENİLƏNDİ

"Neftçi" 1/4 finala Bakıda, "Qarabağ" Xankəndidə yüksəlib - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Gün Azərbaycan futbolunun tarixinə düşüb.

Bunadək "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan", "Qəbələ", "Səbail" və "Zirə" 1/4 finala vəsiqə qazanıblar. 


Azərbaycan Kuboku. 1/8 final


14:00. “Qarabağ” – MOİK 1:0

Qol: Nəriman Axundzadə, 90+5.

Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Emin Cəfərov

"Qarabağ": Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.

Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.

Baş məşqçi: Qurban Qurbanov.

MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev.

Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.

Baş məşqçi: Qəzənfər Abbasov.


18:00. “Neftçi” – “Qaradağ Lökbatan” 4:0

Qollar: Aaron Olanare, 23-pen., Murad Qayalı, 72, Yeqor Boqomolski, 77, Andre Şinyaşiki, 80.

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

“Neftçi Arena”