Millətlər Liqası: Montella Türkiyə yığmasının heyətini açıqladı

Millətlər Liqası: Montella Türkiyə yığmasının heyətini açıqladı

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella UEFA Millətlər Liqasında Monteneqro və İslandiya yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlayıb.

Mediasport.az xəbər verir ki, italyan mütəxəssis düşərgəyə 27 futbolçu çağırıb.

Qapıçılar: Altay Bayındır, Mert Günok, Muhammed Şengəzər, Uğurcan Çakır;

Müdafiəçilər: Abdulkerim Bardakçı, Emirhan Topçu, Eren Elmalı, Ferdi Kadıoğlu, Mert Müldür, Merih Demiral, Zeki Çelik, Samet Akaydın;

Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmayıl Yüksek, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Arda Güler, Kenan Yıldız, İrfan Can Kahveci, Kerem Aktürkoğlu, Semih Kılıçsoy, Yunus Akgün;

Hücumçular: Ahmet Kutucu, Bertuğ Yıldırım, Barış Alper Yılmaz.

"Ay-ulduzlular" oktyabrın 11-də doğma meydanda Monteneqro seçməsi ilə qarşılaşacaqlar, 3 gün sonra İslandiyanın qonağı olacaqlar.