Azərbaycan idmançılarının da yer aldığı Universiadanın açılış oldu

Azərbaycan idmançılarının da yer aldığı Universiadanın açılış oldu

Çinin Çendu şəhərində 31-ci Dünya Yay Universiadasının rəsmi açılış mərasimi keçirilib.

MediaSport.az xəbər verir ki, Donqan gölü idman parkı stadionunda təşkil olunan tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cin, bir neçə xarici ölkənin dövlət və hökumət başçıları, yüksək vəzifəli qonaqlar iştirak ediblər. Gənclər və idman nazirinin müavini Mariana Vasileva da rəsmi qonaqlar arasında olub.

Açılış paradında Azərbaycan bayrağını atlet Nazim Babayev və cüdoçu Gültac Məmmədəliyeva daşıyıblar.

Qeyd edək ki, Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 87 atlet 16 idman növündə təmsil edir.

Avqustun 8-dək davam edəcək yarışda 113 ölkədən 6 500 tələbə idmanın 18 növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışların təşkili üçün 49 arena ayrılıb.