Bakıda idmançını Olimpiya Kompleksində bıçaqla öldürdülər

Bakıda idmançını Olimpiya Kompleksində bıçaqla öldürdülər

Bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində keçirdiyi yarışda qətl hadisəsi törədilib.

mediasport.az xəbər verir ki, idman qurğusunda təşkil edilmiş cüdo yarışı zamanı Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Məlumatı Gənclər və İdman Nazirliyi paylaşıb. Qurum idman arenasında qətlə yetirilən idmançının ailəsinə başsağlığı verib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.