Debütant komandaların duelində sevinən tərəf "Laçın" klubu oldu

 Debütant komandaların duelində sevinən tərəf "Laçın" klubu oldu

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib.

Mediasport.az xəbər verir ki, ilk turun 3 görüşü keçirilib.

Debütant "Şamaxı" çempionata ilk dəfə qatılan digə komanda "Laçın"a məğlub olub.

Tura bu gün baş tutacaq 4 oyunla yekun vurulacaq.

Görüşlər Bakı Tennis Akademiyasının minifutbol meydançasında keçirilir.


Azərbaycan çempionatı. 1-ci tur


2 oktyabr

"Şamaxı" - "Laçın" 2:3

"Aznur" - "Çinar Zəngilan" 3:2

"Star Bakı" - "Siyəzən" 8:2


3 oktyabr

19:15 "Birbaşa Bakı" - "Göyçə"

20:30 "Altay Füzuli" - "Zirə"

21:45 "Sumqayıt" - "Atəşgah Suraxanı"

23:00 "Galaxy" - "Bakı 145"