Əliyev Bəhreyndə yarışacaq

Əliyev Bəhreyndə yarışacaq

Parabadminton idman növü üzrə Azərbaycan milli komandasının üzvü İbrahim Əliyev 17-23 may tarixlərində Bəhreynin Manama şəhərində keçiriləcək Beynəlxalq yarışda iştirak edəcək.

mediasport.az xəbər verir ki, idmançımız baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında mübarizə aparacaq.

Yarış Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalı qazandırır.