II MDB Oyunlarında Azərbaycan 177 idmançı ilə təmsil olunacaq
Belarusda keçiriləcək II MDB Oyunlarında ölkəmizi təmsil edəcək idmançılarımızın hazırlığı və yarışlarda iştirakı ilə bağlı Gənclər və İdman Nazirliyində görüş keçirilib.
MediaSport.az xəbər verir ki, II MDB Oyunlarına avqustun 4-də start veriləcək.
Azərbaycan 16 idman növündə bədii gimnastika (9 nəfər), güllə atıcılığı (8 nəfər), yunan-Roma güləşi (10 nəfər), sərbəst güləş (10 nəfər), qadın güləşi (6 nəfər), çimərlik futbolu (12 nəfər), atletika (8 nəfər), cüdo (28 nəfər), boks (16 nəfər), kamandan oxatma (5 nəfər), ağır atletika (6 nəfər), minifutbol (14 nəfər), üzgüçülük (5 nəfər), muaytay (11 nəfər), karate (22 nəfər), sambo (7 nəfər) üzrə ümumilikdə 177 idmançı ilə təmsil olunacaq.
Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə avqustun 3-də çarter reysi ilə yola düşəcək, avqustun 14-də isə Vətənə qayıdacaq. Oyunların açılışı avqustun 5-də, bağlanış mərasimi 13-də keçiriləcək.
Açılış mərasimində Azərbaycan bayrağını bədii gimnastımız Kamilla Qafarova və çimərlik futbolu üzrə idmançımız Elşad Manafov daşıyacaqlar.