Nəsibov və Qasımzadənin növbəti mərhələdə rəqibləri müəyyənləşdi
Monteneqroda gənc boksçular arasında dünya birinciliyi keçirilir.
Mediasport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan milli komandasının 2 idmançısı qələbə qazanıb.
Tağı Nəsibov (57 kq) Peter Benedeklə (Macarıstan) qarşılaşıb. 1/16 finalda çərçivəsində baş tutan görüşdə hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Növbəti rəqibi Matas Qriqorianas (Litva) olacaq.
Məhəmmədəli Qasımzadə (60 kq) 1/16 finalda Luis Peres Berrionu (Kolumbiya) 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib. O, ikinci görüşünü Armin Santos Mancillaya (Meksika) qarşı keçirəcək.
Dünya birinciliyinə noyabrın 3-də yekun vurulacaq.