"Neftçi" Milan “İnter”i və “Başakşəhər”lə eyni qrupda yarışacaq

"Neftçi" Milan “İnter”i və “Başakşəhər”lə eyni qrupda yarışacaq

“Neftçi”nin U-11 komandasının “Fənərbağça” Futbol Akedamiyasının təşkilatçılığı ilə noyabrın 16-da İstanbul şəhərində keçiriləcək "Can Bartu" beynəlxalq turnirində rəqibləri məlum olub.

mediasport.az xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri B qrupunda İtaliyanın “İnter” (Milan), Türkiyənin “Başakşəhər” və “Altay” klubları ilə mübarizə aparacaq.

“Yuventus”, “Atletiko”, “Vilyarreal”, ÇSKA (Sofiya), “Fənərbağça”, “Beşiktaş”, “Qalatasaray” kimi klubların da qatılacağı turnirdə 5 ölkədən 16 komanda 4 qrupda yarışacaq.