Paris-2024: Azərbaycanın bayraqdarları müəyyənləşib
Avqustun Fransanın paytaxtı Parisdə 28-də start götürəcək Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
Mediasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov məlumat verib.
Bildirilib ki, tədbirdə bayraqları parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.
Xatırladaq ki, Azərbaycan Parisdə 7 növdə 19 idmançı ilə təmsil olunacaq.
Yarış sentyabrın 8-də başa çatacaq.