"Sumqayıt"dan Rizə klubuna 8 qol
Türkiyənin Yalova şəhərində “İnternational Maxwell Cup” beynəlxalq turnirinə start verilib.
MediaSport.az xəbər verir ki, yarışda iştirak edən “Sumqayıt”ın U-11 və U-14 komandaları ilk oyun günündə uğurlu nəticələrlə yadda qalıblar.
Elşad Eyvazovun rəhbərlik etdiyi U-11 ilk qarşılaşmada “Rize Arhavi Gençlik ve Spor” komandasını 8:0, ikinci matçda isə “Hisareyn Spor”u 3:0 hesabı ilə məğlub edib.
Daha sonra Zahir Əsgərzadənin baş məşqçisi olduğu U-14 “Magfa” ilə 1:1 hesablı heç-heçə edib.
“İnternational Maxwell Cup” turnirinin qrup mərhələsinə bu gün yekun vurulacaq. Sabah isə mükafatçılar müəyyənləşəcək.