"Turan Tovuz"dan işıq dirəyinin aşması ilə bağlı AÇIQLAMA

 "Turan Tovuz"dan işıq dirəyinin aşması ilə bağlı AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu başa çatdırılmayıb.

Güclü külək səbəbindən stadionun işıq dirəklərindən biri aşaraq meydana düşüb.

Mediasport.az xəbər verir ki, AFFA, PFL rəhbərliyi və hakimlər briqadasının məşvərətindən sonra qarşılaşmanın sabah saat 12:00-da dayandırıldığı yerdən - 81-ci dəqiqədən davam etdirilməsi qərara alınıb.

Hadisə ilə bağlı Tovuz klubu açıqlama yayaraq bildirib ki, xəsarət alan olmayıb:

"İkinci hissədə başlayan güclü külək nəticəsində oyunun 81-ci dəqiqəsində işıq dirəklərindən biri qırılıb. Bu səbəbdən oyun yarımçıq dayandırılıb. İşıq dirəklərində heç bir texniki problem və ya nasazlıq olmayıb. Təbii fəlakət nəticəsində dəmir konstruksiya qırıldığınan güclü küləyin təsiri ilə dirək aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, tamaşaçılar və oyun iştirakçıları təhlükəsiz şəkildə təxliyyə ediliblər".