"Zirə" Rəşad Sadıqov və köməkçiləri ilə bağlı qərarını açıqladı - RƏSMİ

"Zirə" Rəşad Sadıqov və köməkçiləri ilə bağlı qərarını açıqladı - RƏSMİ

"Zirə" ilə müqaviləsi başa çatan Rəşad Sadıqovun məşqçi karyerasına aydınlıq gətirilib.

MediaSport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis daha 2 il qəsəbə klubunun baş məşqçisi olacaq.

Onunla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə də əməkdaşlıq 2 illik uzadılıb.

Sadıqov 2020-ci ildən "Zirə"nin baş məşqçisidir. Komanda onun rəhbərliyi altında Premyer Liqada 2021/2022-ci illər mövsümündə 3-cü yeri tutaraq avrobukoklara vəsiqə qazanan zirəlilər son mövsümü 50 xalla 5-ci pillədə başa vurublar.