18 yaşlı nigeriyalı "Sabah"da - RƏSMİ

18 yaşlı nigeriyalı "Sabah"da -  RƏSMİ

“Sabah” nigeriyalı futbolçu Oluvaseun Timilehini icarəyə götürüb.

Bu barədə “Mediasport"a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 yaşlı hücumçu ölkəsinin “Dino Sportinq” klubundan birillik icarəyə götürülüb.

Timilehin əsasən “Sabah”ın əvəzedici komandasında çıxış edəcək.