Yeni kubok və medallar Türkiyədə hazırlanıb - PFL-dən AÇIQLAMA

Yeni kubok və medallar Türkiyədə hazırlanıb - PFL-dən AÇIQLAMA

“Türkiyədə hazırlatdırdığımız yeni kubok və medallarla bağlı dizayn və ideya PFL-ə məxsusdur. Hər hansı şablon qəlib əsasında hazırlanmayıb".

Bu sözləri Mediasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev deyib.

Qurum rəsmisi Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medalların özəlliyi haqda məlumat verib. S.Abdullayev deyib ki, bir neçə ölkədən təklif olsa da, üstünlüyü Türkiyəyə veriblər:

"Türkiyə daha məqsədəuyğun hesab edildi. Kubok və medallar sırf bizim təqdim etdiyimiz dizayn və elementlər əsasına hazırlanıb. Bu yeniliyi mövsümün əvvəlindən nəzərdə tutmuşduq. Çalışdıq ki, Azərbaycan futbolu, ümumi dəyərlərimiz və tarixi irsimizlə bağlı detallar kubok və medallarda əksini tapsın".