Azərbaycan klubu ispaniyalı müdafiəçini transfer etmək istəyir

Azərbaycan klubu ispaniyalı müdafiəçini transfer etmək istəyir

İspaniyanın 2-ci Liqasında çıxış edən "Burqos"un futbolçusu Kurro Sançes karyerasını Azərbaycanda davam etdirə bilər.

Mediasport.az xəbər verir ki, bu barədə "estadiodeportivo.com" saytı məlumat yayıb.

Qeyd olunub ki, sağ cinah yarımmüdafiəçisi İngiltərə, Türkiyə və Yunanıstanla yanaşı, Azərbaycandan da təklif alıb.

Hücumameylli 28 yaşlı ispanın Sequnda klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Sançes 2023/2024 mövsümündə "Burqos"un heyətində 23 oyuna 9 qol vurub və 4 məhsuldar ötürmə edib.