UEFA-nın yeni reytinqi açıqlandı: Azərbaycan Slovakiyanı keçdi

UEFA-nın yeni reytinqi açıqlandı: Azərbaycan Slovakiyanı keçdi

Azərbaycan Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçlarından sonra UEFA reytinqində bir pillə irəliləyib.

Mediasport.az xəbər verir ki, buna 3 təmsilçimizdən ikisinin qələbə qazanması səbəb olub və Azərbaycan uzun zamandır təqib etdiyi Slovakiyanı geridə qoyub.

Ölkəmiz "Zirə" və "Sabah"ın hərəyə 0,250 xal qazandırması ilə 24-cü sıraya yüksəlib. Azərbaycanın hesabında 17,750 əmsal var.

1 pillə aşağı saldığımız Slovakiya 17,625 xala malikdir.

Azərbaycandan 1 sıra yuxarıda isə 18,299 əmsalla Rusiya qərarlaşıb.

Xatırladaq ki, "Zirə" məhz Slovakiya təmsilçisinə qalib gəlib ("DAK 1904" (4:0), "Sabah" isə İsrailin "Makkabi" (Hayfa) (3:0) klubunu məğlub edib.

55 ölkənin yer aldığı siyahıya 89,160 əmsalla İngiltərə başçılıq edir.