"Hər şeydən razı qaldım, son dəqiqədə buraxılan qoldan başqa"

"Hər şeydən razı qaldım, son dəqiqədə buraxılan qoldan başqa"

"Sabah"ın baş məşqçisi Murad Musayev "Varta" ilə yoxlama oyunu haqda fikirlərini bölüşüb.

mediasport.az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının son dəqiqədə qol buraxmasının yolverilməz olduğunu bildirib:

“Komandanın sərgilədiyi futboldan razı qaldım. Oyuna nəzarət edir, qol fürsətləri yaradırdıq. Futbolçular oyunboyu pressinq etdilər. Fasilədən sonra ilk matçımız olduğunu nəzərə alsaq, keyfiyyətli oyun nümayiş etdirdiyimizi deyə bilərəm. Bu matçda hər şeydən razı qaldım, son dəqiqədə buraxılan qoldan başqa. Futbolu qalib gəlmək üçün oynayırıq. Bütün oyuna nəzarət edirsənsə, matçın son dəqiqəsində belə diqqətsizliyə yol vermək olmaz. Qeyd etdiyim kimi, son dəqiqədə buraxılan qolu çıxmaq şərtilə bütün oyundan razı qaldım”.

Qış hazırlığını Antalyada davam etdirən Masazır təmsilçisi ilk yoxlama oyunu çərçivəsində Polşa klubu ilə bərabərə qalıb - 1:1.