"Qəbələ" qələbə ilə başladı

"Qəbələ" qələbə ilə başladı

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirib.

MediaSport.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib.

"Termal otel"in məşq bazasında baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisindən qolları İlkin Qırtımov, Murad Musayev, Omar Hani və yeni transfer Osama Xalayla vurublar.

Qeyd edək ki, "Qəbələ" qonşu ölkədə daha iki görüş keçirəcək.