Son Azərbaycan çempionu baş məşqçi ilə bağlı qərarını verdi
Kişi voleybolçulardan ibarət “Azerreyl” klubunda baş məşqçi Boris Qrebennikovla bağlı qərar verilib.
Mediasport.az xəbər verir ki, "dəmiryolçular" təcrübəli mütəxəssislə müqaviləni yeniləyiblər.
O, daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.
Qrebennikovun qarşısına qoyulan əsas hədəf komandanı uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişafıdır.
Qeyd edək ki, “Azerreyl” bu mövsüm Boris Qrebennikovun rəhbərliyi altında ilk dəfə Azərbaycan Yüksək Liqasının qızıl medalını qazanıb.