Xorvatiyalı məşqçi "Qarabağ"ın futbolçularını Türkiyəyə aparacaq

Xorvatiyalı məşqçi "Qarabağ"ın futbolçularını Türkiyəyə aparacaq

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıb.

Mediasport.az xəbər verir ki, yığmanın yeni baş məşqçisi Robert Prosineçki Amart toplanışı üçün Ağdam klubunun iki üzvünə dəvət göndərib.

Monteneqro milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

Komanda burada martın 21-də Belarus, 4 gün sonra isə Şimali Makedoniya sçemələri ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.