Kişi milli komandamız 8-ci, qadın yığmamız 15-ci oldu - Ümumdünya Şahmat Olimpiadası yekunlaşdı

Kişi milli komandamız 8-ci, qadın yığmamız 15-ci oldu - Ümumdünya Şahmat Olimpiadası yekunlaşdı

Macarıstanın paytaxtı Budapeştə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandaları uğur qazana bilməyiblər.

Kişilərdən ibarət yığmamız 11 turdan sonra 16 xalla 8-ci, qadın komandamız isə 15 xalla 15-ci olub.

Kişilər 7 qələbə qazanıb, 2 dəfə uduzub və 2 dəfə heç-heçə ediblər.

Hindistan yığması 21 xalla olimpiadanın çempionu adını qazanıb.

ABŞ və Özbəkistan şahmatçıları 17 xalla 2-3-cü yerləri bölüşüblər.

Qadınlardan ibarət millimiz 6 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət əldə etməklə iderdən 4 xal geri qalıblar.

Burada da çempion Hindistan olub (19 xal), Qazaxıstan (18 xal) 2-ci, ABŞ (17 xal) 3-cü yeri tutub.