Yığmamız İndoneziyada keçiriləcək Dünya çempionatına yollanacaq
Gənclərdən ibarət Azərbaycan millisi İndoneziyada keçiriləcək uşu üzrə Dünya çempionatında iştirak edəcək.
mediasport.az xəbər verir ki, yarışda ölkəmizi yığma komandanın baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə Elçin Muradov (45 kq), Natiq Əliyev (48 kq), Raul Səfərov (52 kq), Amin Əlili (56 kq) və Mehdi Həsənov (65 kq) təmsil edəcəklər.
M.Həsənov və E.Muradov Yunanıstanda yeniyetmələr arasında keçirilmiş son Avropa çempionatında qalib adını qazanıblar.