"Zirə"nin sabiq futbolçusu Premyer Liqa klubu ilə müqavilə bağladı
2021-2023-cü illərdə “Zirə”də oynamış Nemanya Ancelkoviçin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını Rusiyanın “Ximki” klubunda davam etdirəcək.
27 yaşlı futbolçu yenidən Premyer Liqada çıxış edəcək komanda ilə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Nemanya Azərbaycanda qəsəbə təmsilçisinin heyətində 55 oyun keçirib, 1 qolla yadda qalıb.
Serbiyalının son klubu Rusiyanın 1-ci Liqa təmsilçisi “Akron” olub.