1-ci və 2-ci Liqanın hansı kanalda yayımlanacağı müəyyənləşdi

1-ci və 2-ci Liqanın hansı kanalda yayımlanacağı müəyyənləşdi

Futbol üzrə Azərbaycan 1-ci və 2-ci Liqasının oyunları Peşəkar Futbol Liqasının (PFL) “yutub” kanalı vasitəsilə canlı yayımlanacaq.

mediasport.az xəbər verir ki, bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev püşkatma zamanı məlumat verib.

Onun sözlərinə görə, 1-ci Liqa ilə bağlı məsələ artıq həllini tapıb. Abdullayev 2-ci Liqada da bu yöndə problem yaşanmayacağını düşünür:

“Şirkətlərlə danışıqlar gedir. 1-ci Liqanın bütün oyunları istisnasız canlı yayımlanacaq. 2-ci Liqa ilə bağlı da iş gedir. Hər iki liqa PFL-in “yutub” səhifəsi vasitəsilə canlı yayımlanacaq. Amma hazırlıq prosesi təxminən bir ay çəkə bilər”.

PFL nümayəndəsi hansısa bir xarici şirkətlə anlaşma əldə olunarsa, yayımı onlara verməyə də hazır olduqlarını söyləyib.

2-ci Liqa sentyarın 4-də, 1-ci Liqa isə sentyabrın 13-də başlayacaq.