"Neftçi", "Zirə" və "Sabah" gerilədi, "Qarabağ" mövqeyini qorudu
Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
Mediasport.az xəbər verir ki, 400 klubun yer aldığı siyahıda Azərbaycanın 4 təmsilçisi var.
Ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 277 xalla 63-cü pillədə qərarlaşıb.
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda “Malmö”yə 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi 1 xal itirsə də, mövqeyini qoruyub.
“Neftçi” 1 xal geriləyib. Paytaxt klubu 19 xalla 254-cü sıraya düşüb.
Hesabında 15 xalı olan “Sabah” üç pillə geriləyib və 270-ci pilləyə enib.
4 addım geriə düşən “Zirə” isə 14 xalla 285-ci olub.
Reytinqə 2395 xalla Madrid “Real”ı başçılıq edir.