Gənc gimnastlarımız Almaniyada gümüş medal qazandılar

Gənc gimnastlarımız Almaniyada gümüş medal qazandılar

Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv ikinci yeri tutaraq gümüş medal qazanıb.

Yarışa martın 6-da yekun vurulacaq.