Miodraq Bojoviçə kömək edəcək məşqçilərin adları müəyyənləşib

  Miodraq Bojoviçə kömək edəcək məşqçilərin adları müəyyənləşib

"Neftçi"nin yeni baş məşqçisi Miodraq Bojoviçin köməkçiləri bəlli olmaqdadır.

Mediasport.az xəbər verir ki, monteneqrolu mütəxəssisə həmyerliləri kömək edəcək.

Həmin mütəxəssislərdən biri 57 yaşlı Saşa Petroviçdir.

Petroviç "Arsenal"(Tula), "Krılya Sovetov", "Srvena Zvezda"da Bojoviçlə çalışıb.

Miodraqa kömək edəcək digər məşqçilər isə Deyan Mrvalyeviç və Deyan İliç olacaq.