AMADA-nın direktoru Şəfəq Hüseynliyə Avropada vəzifə verildi

AMADA-nın direktoru Şəfəq Hüseynliyə Avropada vəzifə verildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynliyə yeni vəzifə verilib.

mediaspor.az xəbər verir ki, xanım idarəçi Avropa Şurasının antidopinq fəaliyyətini əlaqələndirəcək və ona nəzarət edəcək.

Antidopinq Konvensiyasının ali qurumunun Sədr müavini vəzifəsində Ş.Hüseynli Antidopinq Konvensiyasının üzv dövlətlərdə lazımi icrası üçün strateji istiqamətlər, qərar layihələri, eləcə də Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilməsi üçün tövsiyə xarakterli icra sənədləri hazırlayacaq. Eyni zamanda üzv dövlətlərdə Antidopinq Konvensiyasının icrasına nəzarət edilməsini əlaqələndiricək.