"Beşiktaş" - "Neftçi" görüşünün başlanma saatı dəyişdirilib

"Beşiktaş" - "Neftçi" görüşünün başlanma saatı dəyişdirilib

"Neftçi" Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün səfərdə "Beşiktaş"la qarşılaşacaq.

mediasport.az xəbər verir ki, İstanbulda keçiriləcək qarşılaşmanın başlanma saatı dəyişdirilib.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi 21:00-da deyil, 22:00-da start götürəcək. Məlumata görə, əslində görüşün vaxtı dəyişdirilməyib, sadəcə, Türkiyə ilə UEFA arasında saat anlaşılmazlığı baş verib.

Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında Bakıda baş tutan ilk görüş Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.