Gənclər və idman naziri Fərid Qayıbov Petrinkanı qəbul edib
İyulun 4-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq İdman Məktəbi Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Hasney El Ayubini qəbul edib.
Mediasport.az xəbər verir ki, görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
Qonaqları salamlayan nazir onlara ölkəmizdə məktəblilərin idmanla məşğulluğu və bu sahədə görülən işlər barədə məlumat verib. Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı ölkəmizlə beynəlxalq federasiya arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.