Hakimlər Komitəsi idman jurnalistləri üçün seminar keçirib

Hakimlər Komitəsi idman jurnalistləri üçün seminar keçirib

AFFA-nın və Bakı Olimpiya Stadionunun təşkilatı dəstəyi ilə Hakimlər Komitəsi tərəfindən idman jurnalistləri üçün seminar keçirilib.

Mediasport.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi, köməkçi hakimlərin inkişafı üzrə türkiyəli mütəxəssis Tarık Ongunun iştirakı ilə keçirilən seminarda oyun qaydalarına edilmiş dəyişikliklər haqda məlumat verilib, UEFA-nın ən son yeniliklərlə bağlı təlimatları media nümayəndələrinin diqqətinə çatdırılıb.

Seminarın son bölümündə İdman jurnalistləri Paşa Sığorta VAR otağında AFFA VAR Mərkəzinin iş rejimi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. VAR layihəsinin koordinatoru Fəridə Lütfəliyeva AFFA VAR Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verib.