İki idmançımız Dünya çempionatında bürünc medal qazandı
Uşuçularımız İndoneziyanın Tangeranq şəhərində keçirilən gənclər arasında səkkizinci Dünya çempionatında iki medal qazanıblar.
mediasport.az xəbər verir ki, taolu və sanda üzrə keçirilən çempionatda yeniyetmələr arasında Raul Səfərov (52 kq), gənclərin mübarizəsində isə Amin Əlili (56 kq) bürünc medal qazanıblar.
Mundialda 63 ölkədən 900-dən çox idmançı iştirak edib.