Məşhur klublarda oynamış futbolçu Azərbaycan Premyer Liqasında

 Məşhur klublarda oynamış futbolçu Azərbaycan Premyer Liqasında

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Masazır klubu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Futbolçunun adını açıqlanmasa da, oynadığı klublar qeyd olunub.

Mediasport.az saytının əldə etdiyi məlumata görə, yeni transfer məşhur əlcəzairli hücumçu İsak Belfodildir.

Karyerası ərzində "Lion", "Bolonya", "İnter", "Parma", "Standard" (Lyej), "Verder", "Hoffenhaym" və "Herta" kimi klublarda çıxış etmiş 31 yaşlı forvard Azərbaycan təmsilçisinə azad agent kimi qoşulub.

Onun son klubu Qətərin "Əl Qərəfə" klubu olub. 2013-cü ildən Əlcəzair yığmasında çıxış edən Belfodil millidə 17 oyuna 2 qol vurub.