Almaniya Niderlandı, Fransa Belçikanı, Türkiyə İslandiyanı məğlub etdi - Millətlər Liqası

Almaniya Niderlandı, Fransa Belçikanı, Türkiyə İslandiyanı məğlub etdi - Millətlər Liqası

UEFA Millətlər Liqasında 4-cü turun görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının Bakıda Slovakiyaya məğlub olduğu gündə daha 9 matç reallaşıb.

Almaniya seçməsi doğma meydanda Niderlanddan, Fransa futbolçuları səfərdə Belçikadan üstün olublar.

Türkiyə millisi isə tarixində ilk dəfə səfərdə İslandiyanı məğlub edib.

"Qarabağ"ın üzvü Marko Yankoviç və "Neftçi"nin futbolçusu Edvin Kuçun forma geyindiyi Monteneqro komandası növbəti yenilgini Uels səfərində alıb.

82 dəqiqə meydanda olan Yankoviçi Kuç əvəz etsə də, nəticə dəyişməyib.


UEFA Millətlər Liqası. 4-cü tur


A Liqası. 2-ci qrup

Belçika – Fransa 1:2

Qollar: Openda, 45+3 - Kolo-Muani, 35-pen. 62.

İtaliya – İsrail 3:1

Qollar: Retegi, 41. Di Lorentso, 54, 80. Frattezi, 72 - Abu Fani, 66.

Xal durumu: İtaliya – 10, Fransa – 9, Belçika – 4, İsrail – 0.


3-cü qrup

Almaniya – Niderland 1:0

Qol: Ceymi Levelinq, 63.

Bosniya və Herseqovina – Macarıstan 0:2

Qollar: Dominik Soboslai, 38, 50-pen.

Xal durumu: Almaniya – 10, Niderland – 5, Macarıstan – 5, Bosniya və Herseqovina – 1.


B Liqası. 1-ci qrup

Gürcüstan – Albaniya 0:1

Qol: Aslani, 48.

Ukrayna – Çexiya 1:1

Qollar: Dovbik, 53 - Çerv, 18.

Xal durumu: Çexiya – 7, Gürcüstan – 6, Albaniya – 6, Ukrayna – 4.


4-cü qrup

Uels – Monteneqro 1:0 

Qol: Uilson, 36.

İslandiya – Türkiyə 2:4

Qollar: Oskarssen, 3. Qudyonsen, 83 - İrfan Can Kahveci, 62. Hakan Çalhanoğlu, 67-pen. Arda Gülər, 88. Kərəm Aktürkoğlu, 90+5.

Xal durumu: Türkiyə – 10, Uels – 8, İslandiya – 4, Monteneqro – 0.


C Liqası. 1-ci qrup

Azərbaycan – Slovakiya 1:3

Qollar: Toral Bayramov, 38 - Rahil Məmmədov, 15-avtoqol, Haraslin, 74. Düriş, 86.

Estoniya – İsveç 0:3

Qollar: Nanasi, 29, 37. Qyökereş, 66.

Xal durumu: İsveç – 10, Slovakiya – 10, Estoniya – 3, Azərbaycan – 0.