AÇ-2023: Komandamız finala yüksəldi

AÇ-2023: Komandamız finala yüksəldi

Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start verilib.

mediasport.az xəbər verir ki, birincilik gənclər arasında beş ip və beş top yarışları ilə başlayıb.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup Azərbaycan yığma komandası beş ip yarışlarında 29.450, beş top yarışlarında isə 29.000 xal toplayıb. Hər iki hərəkətdə 3-cü yer tutan Azərbaycan komandası finala yüksəlib.

İki hərəkətin cəmində 58.450 xal toplayan komandamız çoxnövçülükdə də finalda yarışacaq.