Millimizin Polşa və Yunanıstanla oyunlar üçün heyəti açıqlandı
Dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda Polşa, 4 gün sonra səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
MediaSport.az xəbər verir ki, oktyabrın 9-dək Bakıda, oktyabrın 10-dan 12-dək Afinada hazırlıq prosesi keçirəcək millinin heyətinə 15 futzalçı dəvət olunub. Braziliyanın “Marreko” klubunun üzvü Amadeu oktyabrın 4-də, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Amir Shojaei və Hadi Ahmadi isə oktyabrın 5-də qoşulacaq.
Rövşən Hüseynli – Araz Naxçıvan
Emin Kürdov – Neftçi İK
Cavad Məmmədov – Araz Naxçıvan
Conatas Felipe “Felipinyo” – Araz Naxçıvan
Xəzər Ağalızadə – Araz Naxçıvan
Amir Şocaei – Bayterek (Qazaxıstan)
Hadi Əhmədi – Bayterek (Qazaxıstan)
Amadeu – Marreko (Braziliya)
Rafael Vilela – Kayrat (Qazaxıstan)
Everton Kardoso – Bintanq Timur (İndoneziya)
Oktay Rüstəmli – Araz Naxçıvan
Fineo de Arauxo – Sportinq Paris (Fransa)
Tyaqo Bolinya – Sportinq Paris (Fransa)
Fərid Ələkbərov – Araz Naxçıvan
Poletto Fabio Joze – Active Netvork (İtaliya)